Meal Seç / Sure Seç

əl-Fatihə Suresi

(AZERBAIJANI) QURAN


1 - əl-Fatihə
Mərhəmətli, rəhmli Allahın adı ilə!
        
əl-Fatihə (Kitabı açan) surəsi (Məkkədə nazil olmuşdur, 7 ayədir)
1. Mərhəmətli, rəhmli Allahın adı ilə!
2. Həmd (şükür və tə'rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,
3. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö'minlərə) rəhmli olana,
4. Haqq-Hesab (qiyamət) gününün sahibinə!
5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6. Bizi doğru (düz) yola yönəlt!
7. Ne'mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
KURAN uygulamasını telefonunuza siz de yükleyin: