Meal Seç / Sure Seç

Əbu-Ləhəb Suresi

(AZERBAIJANI) QURAN


111 - Əbu-Ləhəb
Mərhəmətli, rəhmli Allahın adı ilə!
        
Əbu-Ləhəb (Alov atası) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir)
1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)
2. (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).
3. O, alovlu atəşə girəcəkdir.
4. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!
5. Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!
KURAN uygulamasını telefonunuza siz de yükleyin: