Meal Seç / Sure Seç

əl-İxlas Suresi

(AZERBAIJANI) QURAN


112 - əl-İxlas
Mərhəmətli, rəhmli Allahın adı ilə!
        
əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir)
1. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"
KURAN uygulamasını telefonunuza siz de yükleyin: